Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azad edilmiş bütün torpaqlarda həyat bərpa olunacaq, sakinlər öz doğma ocaqlarına qayıdacaqlar

0

  •         ​ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayon içtimaiyyətinin nümayəndələri ilə görüşüb, Memorial Kompleksin və şəhərin bərpasının təməl daşını qoyublar. Cənab Prezident İlham Əliyevin çıxış edərək Fizuliləri salamlayıb və Füzuliyə xoş gəlmisiniz deyirəm. Bu gün Füzulinin işğaldan azad olunmasının birinci ildönümü qeyd edirik. Düz bir il bundan əvvəl şanlı Azərbaycan ordusu Füzuli şəhərini işğalçılardan azad edib, Azərbaycan bayrağı qaldırıb və beləliklə uzun fasilədən sonra 17 ildən sonara bizim böyük şəhərimiz Füzuli İşğaldan azad edildi. Qarabağ müharibəsində şəhid olmuş Azərbaycan ordusunun igid, mərd, qəhrəman oğullarımızın qanı, canı bahasına zəfər çalıb bayrağımızı uca zirvələrdə dalğalandırdılar.        ​ ​ Azərbaycan xalqının böyüklüyünü, əzimkarlığını bir daha göstərdi. Düşmən gördü ki, bizim qabağımızda dura bilməyəcək. Cənab Prezidentimiz bildirdi ki, mən Azərbaycan xalqına dəfələrlə müraciət edərək və keçmiş köçkünlərlə görüşlər əsasında deyirdim ki, nəyin bahasına olursa olsun torpaqlarımızı azad etməliyik. Artıq biz bu istəyimizə qəhrəman oğullarımızın, güclü ordumuzun sayəsində nail olduq. Düşmənlər Füzulidə daşı-daş üstə qoymayıblar, bir dənə salamat kənd qalmayıb. Biz Füzuli şəhərini və Füzuli rayonunu kəndlərini bərpa edəcəyik. Azad edilmiş bütün torpaqlarda həyat bərpa olunacaq, sakinlər öz doğma ocaqlarına qayıdacaqlar. Cəmi 8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanı inşa edilib. Füzuli Beynəlxalq Hava Limanı Qarabağın hava qapısıdır. Artıq Füzuli şəhərinin baş planı hazırdır. Bu gün biz hamımız bu lahiyə ilə tanış olmuşuq.        ​ ​ Cənab Prezident çıxışında bildirib ki, artıq Füzuliyə həyat qayıdır və qayıdacaq. Əminəm ki, qısa müddət ərzində Füzuli şəhəri və ətraf kəndləri çiçəklənəcək.        ​ ​ Müharibə artıq tarixdə qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarxdə qaldı, biz gələcəyə baxmalıyıq. Bu gün biz gələcəyi yaradırıq. Sakinlər çıxış edərək cənab Prezidentə öz dərin minnətdarlıqlarını bildirdilər. Sakinlər bildirdilər ki, 27 illik erməni işğalına son qoyuldu. Bütün bunlar, möhtərəm Prezident sizin heç də hər bir dövlət başçısına, siyasətçisinə qismət olmayan siyasi təmkinimiz, beynəlxalq arenada böyük nüfuzumuz və təbii ki hərb meydanında qəbul etdiyiniz cəsarətli qərarlar sayəsində mümkün oldu.        ​ ​ ​ Möhtərəm Prezident, Ümumi Liderimizin ən böyük arzusu işğaldan azad olunması və ərazi bütövlüyümüzün bərpası idi. Füzuli şəhərini işğaldan azad edən gənclər Ümummilli Liderimiz Heydər Əliyev məktəbinin davamçıları və sizin adarəçiliyimizin yetirmələridir.Sakinlər çıxış edərək cənab Prezident Füzuli sakinləri hər zaman sizi Prezident və Ali Baş Komandan olaraq dəstəkləyib və sizin rəhbərliyinizlə torpaqlarımızın işğaldan azad olunacağına inanıblar. Bu gün xöşbəxtik ki, biz məğlub xalqdan qalib xalqa çevirdik. Füzuli sakinləri hər zaman möhtərəm Prezident, sizin eyni zamanda, çox hörmətli Mehriban xanımın diqqətini və qayğısını hiss edib qiymətləndirilmişik. Biz hər zaman cənab Prezidentimizlə Qəhrəman, igid, mərd oğullarımızla, çox güclü ordumuzla fəxr edəcəyik.​Vüsalə Mirzəyeva,Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib35 dəfə
    Azad edilmiş bütün torpaqlarda həyat bərpa olunacaq sakinlər öz doğma ocaqlarına qayıdacaqlar

    Maraqlı gələ bilər
    38
    42